• 20 °C
|

Azərbaycan 9 ayda meyvə-tərəvəz ixracından 600 mln. dollardan çox gəlir əldə edib

25 Oktyabr 2025
img

2025-ci ilin yanvar-sentyabrayları ərzində Azərbaycandan 602milyon531 minABŞ dolları dəyərində 574.3min ton meyvə-tərəvəz ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 31.4% və ya 143.7milyon dollar, həcmi isə 30.8% və ya 135.2min ton artıb. 2024-cü ilin ilk 9ayında Azərbaycan 458.8milyon ABŞ dolları dəyərində 439.2min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 157.2 milyon dollar dəyərində pomidor (144 min ton), 100.4milyon dollar dəyərində meşə fındığı (13.5min ton), 50.2milyon dollar dəyərində alma (71.4min ton ), 34.1milyon dollar dəyərində xurma (47.7min ton), 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton), 7.2milyon dollar dəyərində nar (8min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-sentyabraylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3.24%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22.74%-ə bərabər olub.