• 27 °C
|

Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb

22 May 2025
img

Bu ilin yanvar-aprelayları ərzində Azərbaycana166mln. 803.7min ABŞ dollarıdəyərində 7 496.6ton əczaçılıq məhsulları idxal edib.

APA-Economics” Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 1777ton və ya 19.2%,məbləğ baxımından isə 1mln. 684min dollar və ya 1% azdır.

Ötən ilin yanvar-aprelaylarında Azərbaycan 168 mln. 488min ABŞ dollarıdəyərində 9 274ton əczaçılıq məhsulları idxal edib.

Qeyd edək ki, cari ilin yanvar-aprelaylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 2.05%-ni təşkil edib.