• 7 °C
|

Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 5%-ə yaxın artıb

5 Fevral 2026
img

2025-ci ildə Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 2 milyard 590milyon 994min ABŞ dollarına bərabər olub.

"APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilyeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə4.7% çoxdur.

Ötən il qida məhsullarının ümumi ölkə idxalında çəkisi 10.63% təşkil edib.

Hesabat dövründə ölkəyə 117milyon 964min ABŞ dolları dəyərində 47 641ton ət idxal edilib ki, bu da əvvəlki illə müqayisədədəyər baxımından 8.9%, həcm baxımındanisə 18.8% azalıb.

Ötən ilölkəyə 32milyon 208min ABŞ dolları dəyərində ( 30% çox) 18 319ton (18.4% çox) süd idxal olunub.

Ölkəyə həmçinin 172milyon 637min ABŞ dolları (0.6% az) dəyərində 24 917ton (15.9% azalıb) kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub.