• 27 °C
|

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 35%-dən çox artıb

31 May 2025
img

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin həcmi 7 189 623 ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çoxdur.

Dörd ayda Azərbaycandan Aİ ölkələrinə 6 234 280 ABŞ dolları həcmində (illik 38% çox) məhsul ixrac olunub. Aİ ölkələrindən Azərbaycana məhsul idxalının dəyəri isə 787 600 ABŞ dolları (illik 21,3% çox) təşkil edib.