• 26 °C
|

Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejiminə daxil olmayacaq

13 İyul 2026
img

Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejimindən istisna olacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlaratəklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu, balıqçılıq fəaliyyətinibirbaşa əhatə etmir.

Bildirilib ki, dəyişiklik qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır.