
2025-ci ilin yanvar-avqustayları ərzində Azərbaycana 38milyon 415 min ABŞ dolları dəyərində 26min 946ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 26.6% və ya 9.8min ton, dəyər ifadəsində isə 10.7% və ya 4.6milyon ABŞ dolları azalıb. 2024-cü ilin ilk 8ayı ərzində Azərbaycana 42milyon 995min ABŞ dolları dəyərində 36 min 705ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.42manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 1129ton, İndoneziyadan isə 25min 816ton palma yağı idxal edilib.
Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Hesabat dövründə Azərbaycanda 31min 653.5ton marqarin istehsal edilib.