• 14 °C
|

Bu il Azərbaycanda istehsal olunan avtomobillərin sayı açıqlanıb

14 Noyabr 2025
img

2025-ci ilin yanvar-oktyabraylarında Azərbaycanda 3280ədəd minik avtomobili, 273 ədəd isə yük avtomobili istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 26%, yük avtomobili istehsalı isə 31.6% azalıb.

Qeyd edək ki, cari ilin noyabrayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 168ədəd minik, 24ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 427ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7% azdır.

Xatırladaq ki, ötən il ölkədə 5998 ədəd minik avtomobili, 697 ədəd isə yük avtomobili istehsal edilib.