Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 33 milyondan çox xidmət göstərilib.
"APA-Economics” xəbər verir ki, bunu DGK sədrinin müavini Güloğlan Muradlı “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, göstərilən xidmətlərin 99%-i elektron qaydada həyata keçirilib.
'Rəqəmsal həllərdən düzgün istifadə edilməsə, bu qədər xidmətlərin göstərilməsi mümkün deyil. 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya ilə gələcəyə baxışımızı, ambisiyalı hədəflərimizi ortaya qoymuşuq. Həmçinin, bu strategiya ilə süni intellektin və yeni texnologiyaların geniş tətbiqini nəzərdə tutmuşuq" – deyə Güloğlan Muradlı qeyd edib.