
“PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməsi və hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı araşdırma yekunlaşıb.
"APA-Economics” bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib.
Bununla əlaqədar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Hazırda işə baxılması prosesi davam edir.