2024-cü ilərzində Azərbaycana 173milyon 604min ABŞ dolları dəyərində 29min 611ton kərə yağı idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, kərə yağı idxalıəvvəlki illə müqayisədə dəyər baxımından 87.8% və ya 81.2milyon ABŞ dolları, həcm baxımından isə 78.4% və ya 13 014ton artıb. Belə ki, 2023-cü ildəAzərbaycana 92milyon 416min ABŞ dolları dəyərində 16596.5ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Xatırladaq ki, hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.82% təşkil edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə ötən ilölkədə 29 064ton kərə yağı istehsal edilib. Bu göstərici 2023-cü illəmüqayisədə 7.9% çoxdur. Beləliklə hesabat dövründə Azərbaycanda kərə yağı idxalı, istehsaldan 547tonçoxolub.
Qeyd edək ki, ötən ilAzərbaycanda idxal kərə yağının orta satış qiyməti 22.39manat, yerli kərə yağının isə orta satış qiyməti 20.45manat təşkil edib.