• 26 °C
|

Ötən il Azərbaycanda noutbuk istehsalı azalıb

13 Fevral 2026
img

Ötən il Azərbaycanda 27645 ədəd noutbuk istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 929 ədəd azdır.

Hesabat dövründə ölkədə 2920 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 3136 ədəd azdır.