• 14 °C
|

ABŞ-ın kommersiya neft ehtiyatları 460 milyon bareldən aşağı enib

30 Aprel 2026
img

ABŞ-da kommersiya neft ehtiyatları 6 234 min barel azalıb və 459 495 min barel təşkil edib.

"APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 300 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.