• 12 °C
|

ABŞ şirkəti İraqla “Qərbi Qurna 2” yatağında “Lukoil”in payını almaq istəyir

2 Dekabr 2025
img

ABŞ-ın "Exxon Mobil" şirkəti İraqın Neft Nazirliyinə müraciət edərək Rusiyanın "Lukoil" şirkətinin nəhəng “Qərbi Qurna 2” neft yatağındakı nəzarət payını almaqda maraqlı olduğunu bildirib.

APA-Economics” xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, "Exxon Mobil" bununla bağlı şərh verməkdən imtina edib, “Lukoil” isə “Reuters”in şərh üçün müraciətinə cavab verməyib.

Qeyd etmək lazımdır ki, “Lukoil” şirkəti ABŞ-ın şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra beynəlxalq aktivlərini satmağa çalışır. ABŞ Maliyyə Nazirliyi potensial alıcılara 13 dekabra qədər "Lukoil" ilə danışmağa icazə verib, lakin onların konkret sövdələşmələr üçün təsdiqə ehtiyacı olacaq.