13 May 2026

Bu ilin yanvar-aprel aylarında Qazaxıstan neftinin Aktau limanından Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri istiqamətində daşınma həcmi 471 min ton təşkil edib.
Bu barədə "APA-Economics” Qazaxıstanın “KazTransOil” şirkətinə istinadən xəbər verir.
Məlumata görə, təkcə aprel ayında bu marşrut üzrə 125 min ton xam neft nəql olunub.