• 27 °C
|

Avropada təbii qazın qiyməti azalıb

15 İyul 2025
img

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 426 ABŞ dollarına enib.

APA-Economics” xəbər verir ki, 15 iyul tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 426 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (428,3 dollar) ilə müqayisədə 0,5% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.