• 7 °C
|

Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

29 Yanvar 2026
img

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika nazirinin köməkçisi Ömər Çaqroq ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi “X”də paylaşım edib.

Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında birgə layihələrin hazırlanması yolları müzakirə edilib.