• 27 °C
|

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

16 İyul 2025
img

Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılacaq.

APA-Economics” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac avqustun 7-də keçiriləcək.

Hərracda Oğuz rayonu “Muxas-Daşağılçay” (16 ha), Balakən rayonu “Katexçay” (1.5 ha) qum-çınqıl və Oğuz rayonu “Nic” (3.5 ha) gil yataqları investorlara təklif olunacaq.