
Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 283,7 milyon manat olmaqla, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 2,9% azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından neft koksunun istehsalı 35,4%, avtomobil benzinin istehsalı 7,3%, qazoylların (dizel yanacağının) istehsalı 6,2% artıb.
Bildirilib ki, cari ilin birinci rübündə ağ neft istehsalı 15,5%, neft bitumu istehsalı 17,3%, mazut istehsalı isə 76,4% azalıb.
Azərbaycanda istehsal olunan neft məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar- martaylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.04.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
360,5 |
107,3 |
57,3 |
|
Ağ neft, min ton |
125,8 |
84,5 |
24,8 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
587,3 |
106,2 |
172,3 |
|
Mazut, min ton |
10,0 |
23,6 |
0,8 |
|
Sürtkü yağları, min ton |
8,4 |
91,3 |
1,1 |
|
Maye qazlar, min ton |
46,8 |
82,2 |
2,6 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
168,9 |
98,7 |
61,8 |
|
ondan: neft bitumu, min ton |
33,4 |
82,7 |
20,2 |
|
neft koksu, min ton |
61,9 |
135,4 |
41,1 |