• 19 °C
|

Azərbaycanda yanvarda gündəlik neft hasilatı üzrə göstəricilər açıqlanıb

13 Fevral 2025
img

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 74,5 min ton və ya 559 min barel olub.

"APA-Economics” xəbər verir ki, bunun 61,7 min tonunu (454 min barel) xam neft, 12,8 min tonunu (105 min barel) kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan yanvar ayında "OPEC+" çərçivəsində kvotasından 97 min barel geridə qalıb.