• 19 °C
|

“AzerGold” sədri Daşkəsən dəmir filizi yataqlarının ehtiyatlarını açıqlayıb

23 Sentyabr 2025
img

Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir.

"APA-Economics” xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən brifinqdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb, ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib. Bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir.