28 Avq 2025
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.
“APA-Economics”in əldə etdiyi məlumata görə, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.
Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.