• 22 °C
|

Dünya Bankı: Elektrik bazarı region ölkələrinə 30 mlrd. dollara qədər fayda verə bilər

1 İyun 2026
img

Elektrik bazarı region ölkələrinə 30 milyard dollara qədər fayda verə bilər.

"APA-Economics” xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə enerji təcrübəsi meneceri Stephanie Gil bildirib.

Onun sözlərinə görə, region ölkələri bu yaxınlarda Regional Elektrik Bazarının İnteqrasiyası və Ticarəti (REMIT) təşəbbüsünə start veriblər.
S. Gil qeyd edib ki, təşəbbüs təkcə enerji sistemlərinin birləşdirilməsini deyil, həm də regionun ilk ortaq elektrik enerjisi bazarının yaradılmasını və ölkələr arasında enerji ticarətinin genişləndirilməsini nəzərdə tutur.

“2050-ci ilədək bu təşəbbüs regiona 15 milyard dollardan 30 milyard dollara qədər iqtisadi fayda gətirə bilər. Daha yüksək əlaqələndirmə səviyyəsi isə bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasını əlavə 20% artırmağa imkan verəcək”, – deyə o vurğulayıb.

Dünya Bankının nümayəndəsi əlavə edib ki, regional əməkdaşlıq və maliyyələşdirmə mexanizmlərinin birgə tətbiqi Mərkəzi Asiyanın enerji sistemlərinin dayanıqlığını və rəqabət qabiliyyətini gücləndirəcək.