18 Okt 2025
Bu ilin avqust ayında dünyada neft və qaz hasilatı üçün quraşdırılmış işlək qazma qurğularının sayı illik müqayisədə 153 vahid və ya 7,9% azalaraq, 1 793-ə enib.
Bu barədə "APA-Economics” “Baker Hughes” neft-qaz servis şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin iyul ayı ilə müqayisədə, hesabat dövründə qazma qurğularının sayı 7 vahid və ya 0,4% artıb.