• 22 °C
|

SOCAR Sumqayıtda baş vermiş partlayışla bağlı məlumat yayıb

20 May 2025
img

20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Bu barədə "APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

"Hadisənin başvermə səbəbi araşdırılır", – məlumatda qeyd olunur.