• 29 °C
|

“Urals” nefti 18%-dən çox ucuzlaşıb

5 Avqust 2025
img

Bu ilin iyul ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 60,37 ABŞ dolları təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə illik 18,4% azdır.

Bu barədə “APA-Economics” Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin iyul ayında “Urals” neftinin orta qiyməti 74,01 dollar təşkil edib.