03 Avq 2026

Aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 03.08.2026-cı il tarixində saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Bu barədə "APA-Economics” “Azəriqaz”a istinadən xəbər verir.
Məlumata görə, qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.