• 6 °C
|

ABŞ Qrenlandiyadan Rusiyaya qarşı istifadə etmək istəyir

11 Yanvar 2025
img

ABŞ Rusiyaya daha yaxın ərazidə raketlər və digər silahlar yerləşdirmək üçün Qrenlandiyadan istifadə edə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə keçmiş amerikalı hərbçi Brayan Berletiç sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-nin Qrenlandiyada hərbi mövcudluğunun artırılması Pentaqona Rusiyanın Arktik dəniz marşrutlarına mümkün müdaxiləsi üçün əlavə imkanlar verəcək.

"Bu, Alyaskanın şərqdə ABŞ-yə verdiyi dəstəyə əlavə olaraq, Qərb istiqamətində bir yardımçı variantdır", – deyə keçmiş ABŞ zabiti yazıb.