
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edib.
Oxu.Az-ın məlumatına görə, hazırda nazirlər birgə mətbuat konfransında iştirak edirlər:
13:50
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov hazırda Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edir.
Oxu.Az xəbər verir ki, C.Bayramov ölkələr arasında üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakterini vurğulayaraq, təhlükəsizlik, iqtisadi inkişaf, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla əməkdaşlığın əsas sahələrini qeyd edir.
O, həmçinin Asiyanı Avropaya birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanları vurğulayır.
Mövcud regional potensialdan istifadə edərək Yaxın Şərq və Əfqanıstan da daxil olmaqla daha geniş regionun sülh, təhlükəsizlik və inkişafına töhfə verməsi də qeyd olunur.
Happening now: @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan, is currently addressing the 2nd Trilateral Meeting of the Ministers of Foreign Affairs, Trade/Economy, and Transport of #Azerbaijan, #Türkiye, and #Uzbekistan in #Ankara.
Minister… pic.twitter.com/lU5Wd9f7w9
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 29, 2025
12:59
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüş başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər.
#Canlı 📡
Bakanımız @HakanFidan‘ın Türkiye, Azerbaycan, Özbekistan Arasındaki İkinci Üçlü Mekanizma Toplantısı Açılış Hitabı
📍 Ankara https://t.co/HAPB0koO1w
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 29, 2025
12:03
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü çərçivəsində Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Baxtiyor Saidov görüşüblər.
Oxu.Az-ın məlumatına görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəlikdə mühüm yer tutub.
C.Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülhquruculuğu prosesinə olan təhdidlər barədə məlumatlandırıb.
Nazirlər, həmçinin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinə dair Hərtərəfli Tədbirlər Proqramı"nı imzalayıb və təsdiq ediblər.
On the sidelines of the 2nd trilateral meeting of the Ministers of Foreign Affairs, Trade/Economy and Transport of #Azerbaijan, #Türkiye and #Uzbekistan, Foreign Minister @Bayramov_Jeyhun of the Republic of Azerbaijan and Foreign Minister @FM_Saidov of the Republic of Uzbekistan… pic.twitter.com/TQIZ49ZKtF
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 29, 2025
08:38
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər üçün yola düşüb.
Bu barədə Oxu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı, həmçinin bir sıra yüksəksəviyyəli ikitərəfli görüşləri planlaşdırılır.