• Warning: file_get_contents(http://api.openweathermap.org/data/2.5/forecast/daily?q=Baku,AZ&units=metric&cnt=1&lang=az&appid=c0c4a4b4047b97ebc5948ac9c48c0559): Failed to open stream: HTTP request failed! HTTP/1.1 429 Too Many Requests in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 112

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 114

    Warning: Trying to access array offset on value of type null in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119

    Warning: foreach() argument must be of type array|object, null given in /home/u884606045/domains/mediaplus.az/public_html/wp-content/themes/mediaplus/header.php on line 119
|

Daha 33 ailə doğma Cəbrayıl şəhərinə yola düşdü

21 Fevral 2025
img

Cəbrayıl şəhərinə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola düşüb.

Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə – 183 nəfər köçürülür.

06:26

Prezidentİlham Əliyevin tapşırığına uyğun olaraq, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınır.

Oxu.Az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 33 ailə – 183 nəfər köçürülür.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Rövşən Əsədov