• 4 °C
|

Əziz Ələkbərli: “Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır”

13 Yanvar 2025
img

"Qərbi Azərbaycan İcması (QAİ) rəhbərliyi danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır".

Bunu Baku TV-nin "Baku Aktual" verilişində icmanın sədri, millət vəkili Əziz Ələkbərli deyib.

O diqqətə çatdırıb ki, QAİ-nin baş nazir Nikol Paşinyanla danışıqlar aparmaq üçün Ermənistan rəhbərliyinə müraciətinə cavab verilməyib:

"Proseslər göstərir ki, Ermənistan rəhbərliyi həqiqətləri etiraf etmək iqtidarında deyil. Onsuz da biz o torpaqlara qayıdacağıq. Çox yaxşı olar ki, Ermənistan rəhbərliyi Prezidentİlham Əliyevin tövsiyəsini dinləsin və QAİ ilə vaxtında danışıqlara getsin”.

Daha ətraflı videomaterialda:

Əziz Ələkbərli: "Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır"