• 2 °C
|

Fatih Birol “Dostluq” ordeni ilə təltif edildi

31 Yanvar 2025
img

Prezident İlham Əliyev türkiyəli iqtisadçı və enerji ekspertini təltif edib.

Oxu.Az President.az-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb.

Sərəncamla Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birol "Dostluq" ordeni ilə təltif edilib.