• 20 °C
|

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

10 Fevral 2025
img

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Fərman imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Fərmanla İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000 manat təsdiq edilib. 

Bu xərclərin maliyyə mənbələri aşağıdakılardır:

– 1. icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 2 571 690 000 manat;

– 2. icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 370 000 000 manat.