• 23 °C
|

Parisdəki “Rus evi” bağlana bilər

6 Fevral 2025
img

Fransa Parisdəki "Rus evi" təşkilatının fəaliyyətinin dayandırılması üçün tədbirlər görür.

Oxu.Az-ın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

Onun sözlərinə görə, təşkilatın hesabları dondurulub: "İndi "Rus evi"nin işini tamamilə dondurmağa cəhdlər göstərilir".

Səfir əlavə edib ki, Fransa tərəfi ilə bu məsələ üzrə çətin danışıqlar aparılır: "Rus evi" burada ikitərəfli sazişlərə əsaslanaraq qanuni fəaliyyət göstərir".