• 22 °C
|

Himalay Məmişov: Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir

5 Fevral 2025
img

Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir. Bunun 400 min nəfəri dövlət, 300 min nəfəri isə özəl sektorun payına düşür.

"Report" xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.