19 Apr 2025
ABŞ və Meksika arasındakı sərhədin qeyri-qanuni keçilməsi mart ayında rekord dərəcədə aşağı düşüb.
APA xəbər verir ki, bu barədə “The New York Post” qəzeti ABŞ Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələrə istinadən məlumat verib.
Mart ayında sərhəd agentləri təxminən cəmi 7 min qeyri-qanuni giriş cəhdi qeydə alıblar. Halbuki ötən ilin mart ayında bu göstərici 137 min idi.
Bu kəskin azalmanın yanvarın sonlarından etibarən Donald Tramp administrasiyasının qeyri-qanuni sərhəd keçidlərinə nəzarəti gücləndirməsi ilə əlaqədar olduğu bildirilir.