Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç yola salınır.
APA xəbər verir ki, bu gün 28 ailə (110 nəfər)Sarıcalı kəndinəköçürülür.
Bərdə rayonundan – 11 ailə (39 nəfər), Bakı şəhərindən – 9 ailə (41 nəfər), Mingəçevir şəhərindən – 3 ailə (13 nəfər), Ağcabədi rayonundan – 1 ailə (4 nəfər), Ağdam rayonundan – 1 ailə (4 nəfər), Ucar rayonundan – 1 ailə (4 nəfər), Gədəbəy rayonundan – 1 ailə (3 nəfər) və Yevlax şəhərindən – 1 ailə (2 nəfər) Sarıcalıya yola salınır.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 37 ailə (146 nəfər) köçürülmüş olur.