• 19 °C
|

Azərbaycanda ölüm hallarının sayı azalıb

17 Yanvar 2025

Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 53645 ölüm halı qeydə alınıb.

APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,7-yə düşüb.