• 29 °C
|

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların və müavinətlərin ödəniləcəyi tarix məlum olub

6 Avqust 2026
img

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Bu barədə APA-ya DSMF-dən məlumat verilib.

Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 21-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Müavinətlərin isə bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.