Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
16 Apr 2026

Bakı Təşəbbüs Qrupu (BTQ) və Reyunyon adasının "Ka Ubuntu" təşkilatı arasında memorandum imzalanıb.
APA xəbər verir ki, memorandumu “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda BTQ-nin icraçı direktoru Abbas Abbasov və “Ka Ubuntu” hərəkarının sədri Romain Katambara imzalayıblar.
Qeyd edilib ki, memorandum praktiki əməkdaşlığı əhatə edir.
Xatırladaq ki, Reyunyon BTQ-nin əməkdaşlıq etdiyi 11-ci region ölkəsidir.