
"Minimum əməkhaqqının və sosial müavinətlərin artırılması ölkə vətəndaşlarının, eləcə də AHİK nümayəndələrinin rifahının yüksəldilməsinə xidmət edir. Bu toplantı təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına və sosial tərəfdaşlığın daha da sürətləndirilməsinə töhfə verəcək".
APA xəbər verir ki, bu sözləri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, bu bizim əsas xəttimizi təşkil edir. Nazirlər Kabineti iş yerlərində təhlükəsizlik və sosial müdafiə məsələləri ilə bağlı AHİK-lə birgə fəaliyyət göstərir.
O eyni zamanda qeyd edib ki, 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə ətraf mühit və süni intellektin iş yerlərinə təsiri prioritet istiqamətlərdən biri olacaq.