• 17 °C
|

Bilgəhdə boşanmaq istəyən yoldaşının qulağını kəsən şəxs saxlanılıb

5 Aprel 2025
img

Bakıda boşanmaq istəyən yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.