09 Mar 2026

Bu gün Azərbaycanda üçüncü çərşənbə – Yel çərşənbəsi qeyd olunur.
APA xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir.
Qeyd edək ki, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.
Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.