• 36 °C
|

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

24 Avqust 2026
img

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə APA-ya DSMF-dən məlumat verilib.

Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.