• 13 °C
|

Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb

25 Yanvar 2025
img

Cəlilabad rayon Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.