• 37 °C
|

Direktor: Mərkəz üzvləri kurort yollayışlarından ödənişsiz yararlana bilər

5 İyun 2025
img

“Artıq üzvlərinin istəkləri və tələbləri nəzərə alınaraq müxtəlif təminatı yollayışlar təşkil olunub.

APA xəbər verir ki, bu sözləri Kurort Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) E-AHİK elektron rezervasiya sisteminin təqdimat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, müraciət sayları kəskin formada artıb: “Əlçatanlılıq, ədalətlilik və növbəlilik prinsipi geniş yayılıb. Mərkəzimizdə yarı-elektron formada müraciətlər qəbul edilir. Artıq yeni platforma üzərindən müraciətlərin qəbulu tam təmin olunacaq".

"Üzvlərimizin ailə üzvləri əgər müalicə üçün müraciət edirsə, sanator – kurort yollayışlarından ödənişsiz yararlana bilər. İstirahət üçün isə ümumi dəyərin 15%-i ödəməklə yararlana bilərlər", – E. Səfərəliyeva bildirib.