• 28 °C
|

FHN əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfəri xilas edib

14 Avqust 2026
img

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Görədil” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 5 nəfər xilas olunub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.