• 21 °C
|

Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı artıb

10 Noyabr 2025
img

Bu ilin III rübündə xaricə səfər edən Gürcüstan vətədaşlarının sayı 784,7 min nəfər təşkil edib ki, bu da illik müqayisədə 3,4% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Səfərlərin böyük hissəsini – 41,4%-i 31-50 yaş qrupuna daxil olan səyahətçilər təşkil edib.

Xaricə səfərlərin əksəriyyəti Türkiyə (34,3%) və Rusiyanın (18,3%) payına düşüb.

Səfərlərin 14,6%-i Ermənistana, 1,8%-i Azərbaycana, 16,4%-i Avropa İttifaqı ölkələrinə, 14,5%-i isə digər ölkələrə həyata keçirilib.

Xaricə səfərlərin 97,8%-i təkrar səfərlər olub, 36,1%-i dost və qohumlara baş çəkmək məqsədilə edilib.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı 2,3%, II rübündə isə 1,3% olub.