
İsrailin İranın paytaxtı Tehrana endirdiyi zərbələr fonunda rəsmi Yerusəlim açıqlayıb ki, müharibə yalnız hava hücumları ilə yekunlaşmayacaq, ehtiyac yaranarsa quru əməliyyatlara keçəcəklər.
The Guardian-nın məlumatına görə, İsrail qüvvələri Novruz bayramı ərəfəsində Tehran ətrafında hava zərbələri həyata keçirib. Şahidlər paytaxtın müxtəlif ərazilərində partlayış səslərinin eşidildiyini bildiriblər.
Netanyahu isə çıxışında qeyd edib ki, təkcə hava hücumları ilə siyasi dəyişikliklərə nail olmaq mümkün deyil. Onun sözlərinə görə, “inqilabları havadan həyata keçirmək olmaz” və bu səbəbdən münaqişədə “quru komponenti”nin də nəzərdən keçirilməsi lazım gələ bilər.
Analitiklər hesab edir ki, Netanyahunun bu açıqlamaları münaqişənin daha da genişlənə biləcəyinə işarədir. Hava zərbələrinin davam etdiyi bir vaxtda quru əməliyyatlarının mümkünlüyü regionda gərginliyi yeni mərhələyə keçirə bilər.