19 Noy 2025
ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanı ilə F-35 satışına imza atacağı bildirilib.
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla Ər-Riyadın F-35 qırıcı təyyarələri almasına imkan verəcək razılığa gələcəyi gözlənilir.
APA xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən məlumat verib.
Məlumata görə, Tramp və vəliəhd çərşənbə axşamı Ağ Evdə keçirilməsi planlaşdırılan görüşdə bir sıra iqtisadi və müdafiə müqavilələri imzalayacaq.