• 21 °C
|

Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanın ikinci mərhələsi keçirilib – FOTO

1 İyun 2025
img

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi və həmçinin lll qurp üzrə DT və TC alt quruplarını hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 5 binada keçirilən imtahanlarda, ümumilikdə, 1295 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 17 rəhbər, 129 nəzarətçi ayrılıb. Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.